wildfire-google

Google sosial media rəhbərlik platformasını heyətinə qatdı.

Google bundan əvvəl Sparrow ‘nu satın almışdı. Son açılamada isə yeni bir satın alma reallaşdırıldığı bildirilir. Google verdiyi şərh ilə sosial media rəhbərlik platforması Wildfire İnteractive ‘i satın aldıqlarını açıqladı. Satın alma ilə əlaqədar qiymət isə iki tərəfdən də açıqlanmamış vəziyyətdədir. Ancaq rəqəmin 250 milyon dollar ətrafında olması söz-söhbətləri yayılmışdır. Wildfire 4 il əvvəl Victoria Ransom və Alaic Chuard tərəfindən qurulmuş bir sosial marketinq proqram inkişaf etdiricisi sayılır. Şirkətin 400 işçisi və 16 min müştərisi var idi.

Wildfire marketinq, məzmun və reklam kampaniyaları mövzusunda Facebook, Google+, Twitter, Pinterest, Youtube və LinkedIn kimi əhəmiyyətli markalar üçün xidmət edirdi. Google etdiyi satın alma ilə inkişaf etmiş proqram və xidmətlərin digər markalar tərəfindən Google+ üçün istifadə edilməsinə nail olacaq.

wildfire-google-workers

Təbii ki yenə Wildfire ‘dan əldə ediləcək texnologiyalar digər xidmətlər üçün də inteqrasiya ediləcək. Həm də Wildfire markalar üçün bir marketinq vasitəsi olaraq işə də davam edəcək. Yəni Google+ ‘un rəqibləri olan Facebook, Twitter və s. firmalar Google ‘dan xidmət satın alacaqlar. Üstəgəl rəqiblərdən bir də pul qazanmaq Google üçün maraqlı bir təcrübə ola bilər.

Satın alma ilə əlaqədar ətraflı məlumatı Wildfire ‘nin rəsmi blogundan bu xəbəri oxuya bilərsiniz.