Məqalə göndərmək

Texnopress.com saytı üçün məqalə göndərməyin şərtləri:

Texnopress.com – saytı olaraq informasiya texnologiyaları mütəxəssisləri, həvəskarları, oxuyucuları və bu kimi informasiya texnologiyaları sektoru ilə əlaqəsi olan insanlara çox maraqlı bir təklifimiz vardır.


Əgər siz proqramçısınız və yeni yazdığınız proqramınızı reklam edib, ictimaiyyətə çatdırmaq istəyirsinizsə, proqramınız haqqında məqalə yazıb bizə göndərə bilərsiniz. Heç bir ödəniş qəbul etmədən məqalənizi Texnopress.com saytında yerləşdirə bilərik.


Yuxarıda göstərdiyimiz misala uyğun olaraq, informasiya texnologiyaları sektoruna və Texnopress.com saytının məzmununa uyğun olan proqramınızı, web saytınızı və bu kimi digər məhsulunuzu reklam etmək üçün məqalələrinizi qəbul edib, yerləşdirməyə hazırıq.


Ola bilər ki, informasiya texnologiyaları sahəsində təqdim etməli bir məhsulunuz yoxdur. Sadəcə informasiya texnologiyaları həvəskarısınız və yaxşı məqalə yazmaq qabiliyyətiniz vardır. Bu halda məqalələrinizi bizə göndərin. Tərəfimizdən analiz edildikdən sonra sizə qəti və ətraflı bir cavab veriləcəkdir.

Məqaləniz tərəfimizdən qəbul olunub və nəşr olunarsa, məqalənin sonunda Ad və Soyadınız, Faceboook və Twitter sosial şəbəkələrindəki hesablarınıza link də qeyd ediləcəkdir. Bu isə sizin sosial şəbəkə hesablarınızda aktivliyə səbəb olacaqdır.


Məqalə üçün minimum şərtlər:


1. Məqalə minimum 300 sözdən ibarət olmalıdır.


2. Məqalə Azərbaycan dilinin orfoqrafiyasına uyğun olaraq düzgün və oxunaqlı olmalıdır. Məqalə düzgün və oxunaqlı yazılmasa, həmçinin SEO üçün nəşrdən əvvəl tərəfimizdən redaktə olunacaqdır.


3. Məqalə üçün 640*480 piksel ölçüsündə minimum 1 şəkil tələb olunur. Həmin şəkilin ölçüsü dəyişdirilərək (665*320 piksel) həm də “Ana Səhifə“dəki slider üçün yerləşdiriləcəkdir. Şəkil 640*480 pikseldən fərqli də ola bilər, tərəfimizdən ölçüsü düzəldiləcəkdir. Məqalə daxilində əlavə şəkillərdən də istifadə oluna bilinər.


Məqalələrinizi göndərmək üçün Texnopress.com saytının “Bizimlə Əlaqə” səhifəsindən istifadə edə bilərsiniz.